27 May 2015 - ci il tarixində YAP Xocalı rayon təşkilatı Gənclər birliyinin təşəbbüsü ilə Gəncə şəhər Kəpəz rayon qəsəbə 2-də qəsəbə sakinləri və gələcəkdə könüllü olaraq partiyaya üzv olmaq istəyən məktəblilər ilə görüş keçirildi. Görüş Bakı şəhərində baş vermiş dəhşətli yanğın nəticəsində dünyasını dəyişmiş insanların ruhunun bir dəqiqəlik yad edilmısi ilə başladı.
Görüşdə önə sürülən əsas məsələlər qarşıdan gələn Parlament seçkilərində partiya üzvlərinin fəal olması, məktəblilərin Yeni Azərbaycan Partiyasına könüllü üzv olmaq marağının artırlması, gələcəkdə partiyaya üzv olmaq istəyən şagirdlərlərlə yaxından tanışlıq, eyni zamanda 28 May Respublika günü ilə əlaqədar idi.
Görüş əsnasında gənc partiyaçılara söz verildi. Onların ölkəmizdə baş verən siyasi və iqtisadi yüksəlişlər haqqında fikirləri və özlərinin ümidli gələcəkləri haqqında olan düşüncələri bütün görüş iştirakçılarının alqışına səbəb oldu.
Görüşün sonunda YAP-a üzv olmaq istəyən şagirdlərlə, partiyanın əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin büstünün önündə xatirə şəkilləri çəkdirildi. Görüş xoş ovqat ilə sona çatdı.